Almaniyanın keçmiş prezidenti Trampı Hitlerə bənzədib

Almaniyanın keçmiş prezidenti Trampı Hitlerə bənzədib
  26 İyul 2024    Oxunub:395
"ABŞ prezidentliyinə namizəd olan Donald Tramp öz həyat tərzi ilə seçicilərin müəyyən seqmentini özünə cəlb etmək kimi xüsusi qabiliyyətə malikdir".
AzVision.az "Bild"ə istinadən xəbər verir ki, bunu Almaniyanın keçmiş prezidenti Yoahim Qauk ABŞ haqqında danışarkən deyib.

Baydenin gedişi Trampın komandasını çətin duruma salıb - "Axios"
O, effektli kommunikativ mövcudluq elementi adlanan bir anlayışın olduğunu xatırladıb: "Hər kəs Almaniyanın tarixini xatırlayır. Bizim bir oğlanımız var idi ki, almanlar onu fürer adlandırırdılar. Onun sanki bir vergisi var idi ki, bunun sayəsində daim medianın gündəmində olurdu. Bu isə inanılmaz effekt verdi və bütün ölkənin onun arxasınca getməyə başladı. Tramp da öz həyat tərzi ilə seçicilərin müəyyən təbəqəsinin simpatyasını qazanmaq kimi xüsusi qabiliyyətə malikdir. Maliyyə dünyasının zirvəsində olan bu adamın kasıbların və hüquqlarından məhrum olan insanların xilaskarı rolunda çıxış etməsini izaholunmaz hal sayıram".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya   Hitler   Tramp  





Xəbər lenti